27 Aprel, 2019
Fəcri araşdıran, lakin araşdırmasında səhv edən şəxsin orucu düzgün hesab olunur. "Araşdırma" dedikdə təqvim, saat kimi vasitələrdən istifadə etmək nəzərdə tutulurmu?

Cavab 1: Məqsəd, hər bir vasitə ilə axtarış aparmaqdır.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası

Cavab 2: Əgər ramazan ayında araşdırdıqdan (“fəcr-i sadiq”i müşahidə etmək üçün üfüqə baxdıqdan) sonra bir insan üçün sübhün açılmadığı məlum olarsa və o, orucu batil edən bir iş görərsə, sonra əslində həmin vaxt sübhün açıldığı məlum olarsa, orucu düzgündür və qəzasını tutmaq lazım deyil.

Qeyd etmək lazımdır ki, bu hökm xüsusunda saat, radio və bu qəbildən olan vasitələrin köməyi ilə araşdırma kafi deyil və belə araşdırmaya “fəcr-i sadiq”i müşahidə etmək üçün üfüqə baxmaqla bağlı hökm şamil olunmur.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasaninin dəftərxanası

Ayətullahul-uzma Seyid Əli Sistani, "Geniş izahlı şəriət məsələləri",məs.2051

 

 

Bütün hüquqlar qorunur  ©  Dini suallara cavablar

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!