5 İyun, 2019
Səfərdə zöhr, əsr və işa namazlarının nafilələrini qılmaq olarmı?

Cavab 1: Səfərdə zöhr, əsr və işa namazının nafilələri qılınmamalıdır.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Müqayisəli fətvalar"

Cavab 2: Səfərdə zöhr və əsrin nafilələri qılınmamalıdır, amma işa namazının nafiləsi rəca qəsdi ilə qılınsa, maneəsi yoxdur.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.773

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.754

Cavab 3: Səfərdə zöhr və əsr nafilələri qılınmır. Ehtiyat vacib budur ki, xiftən namazının da nafiləsi qılınmasın.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.705

 

Bütün hüquqlar qorunur  ©  Dini suallara cavablar

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!