Oruc » Sübh azanınadək cənabətli qalmaq təkcə ramazan ayının orucunda caiz deyil? Yoxsa başqa oruclara da şamil olur?

Cavab 1: Cənabət halında qalmaqla orucun batil olması yalnız ramazan ayına və onun qəzasına aiddir və başqa orucların batil olmasına səbəb olmur.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Orucun hökmləri",məs.115

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.1372

Cavab 2: Əgər cünub olan şəxs Ramazan ayı və onun qəzasından başqa vaxtı müəyyən olan digər vacib və müstəhəbb oruclardan bir orucda, qəsdən sübh azanına qədər qüsl etməzsə, orucu səhihdir və vacib orucda müstəhəbb ehtiyat budur ki, şəxs qəsdən cənabət halında qalmasın.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.1628

 

Cavab 3: Ramazan ayının orucu və onun qəzası istisna olmaqla digər istənilən vacib və ya müstəhəb orucda cünub insan qəsdən sübh azanınadək cənabət halında qalarsa, oruca xələl gəlmir və həmin gün oruc tuta bilər.

Ayətullahul-uzma Seyid Əli Sistani, "Geniş izahlı şəriət məsələləri",məs.1994

 

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!