Oruc » Xəstə olan şəxs ramazan ayında gün ərzində sağalarsa oruc tutmalıdırmı?

Cavab 1: Əgər xəstə şəxs Ramazan ayının gündüzündə sağalarsa, oruc niyyəti etməsi və həmin günü oruc tutması vacib deyildir. Amma əgər o, zöhrdən qabaq sağalarsa və orucu batil edən bir işi yerinə yetirməmiş olarsa, ehtiyat-müstəhəbbə görə oruc niyyəti etməli və oruc tutmalıdır. Ramazan ayından sonra isə həmin günün orucunun qəzasını tutmalıdır.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Orucun hökmləri",məs.67

Cavab 2: Əgər Ramazan ayının günü əsnasında-zöhrdən qabaq, ya ondan sonra xəstə sağalarsa, bu vaxta qədər orucu batil edən bir iş görməsə də belə, o günün orucu ona vacib deyildir.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.1575

Cavab 3: Zöhrdən qabaq sağalan xəstə orucu batil edən şeyləri yerinə yetirməyibsə, oruc niyyəti etməli və vacib ehtiyata görə ramazan ayı bitdikdən sonra həmin günün qəzasını da yerinə yetirməlidir. Əgər, zöhrdən sonra sağalsa, həmin günün orucu vacib deyil, sonra yalnız qəzasını tutmalıdır.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.1331

Cavab 4: Əgər xəstə olan şəxs Ramazan ayı günündə zöhrdən qabaq sağalsa və o vaxta qədər orucu batil edən bir şey etməmiş olarsa, ehtiyat-vacibə əsasən oruc üçün niyyət edib həmin günün orucunu tutmalıdır. Amma zöhrdən sonra sağalarsa, o günün orucu (həmin gün) ona vacib deyil, lakin sonradan qəzasın etməlidir.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.1547

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!