Qəza namazı » Sübh namazını yatıb qəzaya vermiş şəxs, onun qəzasını zöhr namazından əvvəl qılmadırmı?

Cavab 1: Əvvəlki günlərdən yalnız bir qəza namazı olan şəxsin, əvvəl o namazın qəzasını qılıb, sonra əda namazına başlaması ehtiyata əsasən vacibdir, xüsusilə əgər o qəza namazı həmin günə aiddirsə.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, Yeni istiftaat, aprel 2021

 

Cavab 2: Əvvəlki günlərdən yalnız bir namazı qəzaya vermiş şəxs üçün müstəhəbb ehtiyatdır ki, – mümkün olan surətdə – əvvəlcə onun qəzasını qılsın, sonra həmin günün namazını qılsın. Həmçinin, əgər qabaqkı günlərdən qəza namazı olmasa, lakin həmin günün bir və ya daha artıq namazı qəza olmuşdursa, müstəhəbbdir ki, – mümkün olan surətdə – həmin günün qəza namazını əda namazından əvvəl qılsın. Hər iki surətdə əgər həmin günün namazının fəzilətli vaxtı ötəcəksə, yaxşı olar ki, həmin günün namazını qəzadan əvvəl qılsın.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail", məs.1392

Cavab 3: Qəzaya getmiş bir və ya iki namazı həmin günün namazından öncə yerinə yetirmək vacib ehtiyatdır.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı", m.1195

Cavab 4: Keçmiş günlərdən yalnız bir qəza namazı boynunda olan şəxsin, əgər o günün namazının fəzilət vaxtı keçmirsə, əvvəl qəza edib sonra o günün namazına başlaması daha yaxşıdır. Həmçinin əgər keçmiş günlərdən qəza namazı olmadığı halda, ondan həmin günə aid bir və ya daha çox namaz qəzaya qalmışdırsa, əgər o günün namazının fəzilət vaxtı keçmirsə, həmin günün qəza namazını əda namazından əvvəl qılması daha yaxşıdır.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri", məs.1364

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!