Həcc » Həcc hansı şəxslərə vacibdir?

Cavab: Həcc ömrü boyu aşağıda göstərilən şərtlərə malik olan şəxsə bir dəfə vacib olur:

1. Hədd-büluğa çatmış olsun.

2. Aqil və azad olsun.

3. Həccə getməsi vasitəsilə tərk edilməsi şəriətdə həccdən daha böyük olan haram bir işi etmək məcburiyyətində qalmamalı və ya həccdən daha mühüm olan vacib bir əməli tərk etmək məcburiyyətində qalmamalıdır. Amma əgər bu halda həccə getsə, günah etməsinə baxmayaraq, həcci səhih olur.

4. Müstəti` olsun və müstəti` olmağın şərtləri bunlardır:

1) Yol azuqəsi və ehtiyacı olan surətdə miniyi olsa, ya bunları əldə etməyə imkan verən malı olarsa;

2) Məkkəyə getməyə və çox əziyyət çəkmədən həcci yerinə yetirməyə sağlamlığı və qüvvəsi olsun. Bu şərt həcci şəxsin özünün yerinə yetirməsində şərtdir. Bir kəsin maddi imkanı olsa, amma şəxsən özü həccə getmək üçün fiziki qüdrəti olmasa, yaxud şəxsən getməsi çox çətin olsa, (fiziki) vəziyyətinin də yaxşılaşmasına ümidi olmasa, gərək başqasını bu işə naib tutsun.

3) Yolda getməyə mane olan bir şey olmasın; əgər yol bağlı olsa, ya yolda insanın canının, ya namusunun aradan getməsindən, ya malının aparılmasından qorxusu olsa, həcc ona vacib olmur. Lakin əgər başqa yol ilə gedə bilsə, uzaq olmağına baxmayaraq gərək o yol ilə getsin, amma o yol, «həcc yolu bağlıdır» deyiləcək dərəcədə uzaq və qeyri-adi olsa, gərək o yolla getməsin.

4) Sair cəhətlərdən imkanı olsun ki, Həcc əməllərini yerinə yetirə biləcək qədər vaxtı olmalıdır.

5) Xanımı və uşaqları kimi xərclərini tə`min etmək boynuna vacib olan şəxslərlə, xərcliyin tərkolunması şəxs üçün çətin olan şəxslərin xərclərini tə`min etmiş olmalıdır.

6) Geri qayıtdıqdan sonra yaşayışını qazanc, əkinçilik, mülk gəliri və ya başqa bir yolla tə`min edə bilməlidir. Belə ki, həccdən qayıtdıqdan sonra, həccə xərc etdiyi üçün çətinliklə yaşamağa məcbur qalmamalıdır.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.1733

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.1994

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.2053

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!