1 Sentyabr, 2011
Әgәr müstәti оlduğu birinci ildә Hәcc еtmәsә vә sоnrаdаn qоcаlıq, yахud хәstәlik, yахud qüdrәtsizlik sәbәbilә hәccә gеdә bilmәsә vә sоnrаdаn hәcc еtmәsinә nаümid оlsа vəzifəsi nədir?

Cavab: Əgər müstəti olan bir şəxs həccə getməsə və sonra qocalığına, ya xəstəliyinə, ya zəifliyinə görə həccə gedə bilməsə və bundan sonra həccə getməsinə ümidi olmasa, gərək başqasını öz tərəfindən həccə göndərsin. Sonradan əgər qüdrəti olsa, özü də həccə getsin. Həmçinin birinci ildə həccə getməyə çatan qədər malı olduğu halda qocalıq, xəstəlik və ya gücsüzlük üzündən həccə gedə bilməzsə və sonradan müqtədir olmasından da ümidsiz olsa, hökm eynidir. Bu təqdirlərin hamısında öz tərəfindən naib tutulan şəxs kişidirsə, onun naibinin «sərurə», yə`ni ilk dəfə həccə gedən şəxs olması müstəhəbb ehtiyatdır.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.2005

Bütün hüquqlar qorunur  ©  Dini suallara cavablar

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!