17 Sentyabr, 2011
Haiz qadına nələr haramdır?

Cavab: 1. Namaz kimi dəstəmaz, qüsl və təyəmmümlə yerinə yetirilməli olan ibadətlər. Cənazə namazı istisnadır.

 

2. Cənabətin hökmündə deyilən və cünuba haram olan bütün əməllər.

3. Fərcdən cima etmək. Xütnəgah qədərindən az da daxil olsa və məni gəlməsə də, bu iş həm kişiyə, həm də qadına haramdır. Vacib ehtiyata əsasən, haiz qadına arxadan yaxınlıq etməkdən çəkinmək lazımdır. Yaxınlıq etməkdən başqa, haiz qadını öpmək və mazaqlaşmaq kimi ləzzətlərin maneçiliyi yoxdur.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.456

 

Bütün hüquqlar qorunur  ©  Dini suallara cavablar

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!