Cavab 1: Şərabla murdarlanmış qab gərək üç dəfə yuyulsun. Bu hökmdə az su, kürr və axar su arasında fərq yoxdur. Müstəhəbb ehtiyat budur ki, yeddi dəfə yuyulsun.
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.147
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.154
Cavab 2: Şərabla murdarlanmış qabı az su ilə üç dəfə yumaq və əllə sürtmək lazımdır. Həmin qabı yeddi dəfə yumaq müstəhəbdir. Kür və ya axar su ilə bir dəfə yumaq kifayət edər və əl sürtmək də lazım deyildir.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.174