Cavab 1: Qeyri-müsəlman ölkəsindən gətirilən dəri və başqa heyvan əzalarının şəri yolla kəsilməsinə ehtimal verilirsə, pakdır. Lakin şəri yolla kəsilməsinə yəqin olanaq qədər yemək olmaz.
Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Əcvibətul-istiftaat",277-278
Cavab 2: Şəriət qaydalarına əsasən kəsilən heyvandan olduğuna ehtimal verilən ət, piy və dəri pakdır. Amma əgər kafirin əlindən alınarsa və ya kafirdən, şəri üsullara görə kəsilmiş olan heyvandan olub-olmadığını araşdırmadan almış olan bir müsəlmanın əlində olarsa, bu ət və piyin yeyilməsi haramdır. Amma belə bir dəridə namaz qılmaq caizdir. Bununla belə müsəlmanların bazarından və ya kafirdən almış olduğu bilinməyən halda bir müsəlmandan alsa, və yaxud kafirdən alınmışsa da, təhqiq edildiyi ehtimal verilərək alınan ət və piyin yeyilməsi caizdir. Bu şərtlə ki, o müsəlman, onda halal ətə məxsus olan bir təsərrüf etsin, məsələn, yeyilmək üçün satsın.
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.92