Cavab 1: Üzüm və üzüm suyu bişirilməklə qaynayarsa, pak, lakin yeyilməsi haramdır. Əgər odda bişirilmədən qeyri bir vasitə ilə qaynayarsa, yeyilməsi haram və ehtiyata əsasən, özü də nəcisdir.
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovizhul-məsail",məs.114
Cavab 2: Əgər üzüm suyu öz-özünə qaynasa (qaynama adətən şərab hazırlanması üçün müqəddimədir) murdar olur və onu içmək haramdır. Amma od və bu kimi başqa vasitə ilə qaynadılsa murdar sayılmaz, amma onu içmək haramdır.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.126
Cavab 3: Üzüm suyu, özü-özünə və ya bişirmək vasitəsilə qaynayarsa pakdır, amma içilməsi haramdır. Həmçinin vacib ehtiyata əsasən qaynadılmış üzümün də içilməsi haramdır, amma nəcis deyil.
Üzüm suyu odda və ya özü-özünə qaynayarsa, haram olar. Amma əgər qaynayaraq üçdə ikisi getsə və üçdə biri qalsa, halal olur. Bəziləri demişlər ki, öz-özünə qaynayıbsa, yalnız sirkə olmaqla halal olur.
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.110;196