Murdar və paklayıcılar » Ətirlərin tərkibində spirt olur. Bu cür ətirlərdən istifadə etmək olarmı?

Cavab 1: Onlardan istifadə etməyin maneəsi yoxdur. Amma əgər onların tərkibindəki spirt, “əsli maye” və mütəxəssis rəyinə görə “məstedici” spirtdirsə, ehtiyata görə bu spirt napakdır. Onun dəydiyi bədən və ya paltarla namaz qılmaq istədikdə, bədən və paltar paklanmalıdır. Amma əgər spirtin “əsli maye” deyilsə, yaxud hansı növ spirt olduğunu bilmirsinizsə, bu spirt pak hökmündədir. Onun dəydiyi paltarla qılınan namaz düzgündür və paltarı paklamağa ehtiyac yoxdur.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası

Cavab 2: Eybi yoxdur.

Ayətullahul-uzma Seyid Əli Sistaninin dəftərxanası

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!