Meyit » Can verən halda olan şəxsə hansı əməllər edilməlidir?

Cavab: Can vermə halında olan bir müsəlman, vacib ehtiyata əsasən, kişi-qadın, eləcə də böyük-kiçik olmasından asılı olmayaraq, mümkün olan surətdə arxası üstə elə uzandırılmalıdır ki, ayağının altı qiblə tərəfə olsun. Əgər deyilən tərzdə mükəmməl olaraq uzandırmaq mümkün olmazsa, müstəhəbb ehtiyata əsasən, deyilmiş qaydaya mümkün olan qədər əməl olunmalıdır. Bu cür uzandırmaq heç cür mümkün olmadığı təqdirdə, üzü qibləyə oturdulması da müstəhəbb ehtiyatdır. Əgər bu da mümkün olmasa, ya sağ, ya da sol böyrü üstə üzü qibləyə uzandırılmalıdır.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.539

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!