Təqlid » Mərhum olan müctеhidə təqlid еtməyə başlamaq olarmı?

Cavab 1: İbtidai təqliddə (təqlidə başlayanda) ələm və diri müctеhidə təqlid еtmək еhtiyatı tərk olunmamalıdır.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Şəri suallara cavablar",c.1,s.21

Cavab 2: Mərcəyi-təqlidin diri olması şərtdir.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",m.2

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri", m.2

Cavab 3: Vacib ehtiyata əsasən, icazəli deyil.

Ayətullahul-uzma Seyid Şübeyri Zəncaninin dəftərxanası

Cavab 4: İnsan təqlidə başlayarkən dünyasını dəyişmiş müctəhidin fətvalarına təqlidə başlaya bilməz. Vacib ehtiyata əsasən o müctəhid ələm olarsa belə, təqlidə bu şəkildə başlamağa icazə verilmir.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.11

Cavab 5: Vəfat etmiş müctəhidə təqlid etməyə başlamaq olmaz.

Ayətullahul-uzma Şeyx Safi Qolpayqaninin dəftərxanası

 

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!