Təqlid » Ələm müctəhidi hansı yollarla tanımaq olar?

Cavab 1: Bir müctəhidin ictihad dərəcəsinə çatmasını və ələm olmasını imtahan etməklə və yaxud yəqinliyin hasil olması ilə, hətta bilgiyə və ya yəqinliyə faydalı olan "məşhurluq" vasitəsilə olsa belə, yaxud da iki ədalətli mütəxəssisin şəhadət vermələri yolları dəqiqləşdirmək olar.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Əcvibətul-istiftaat", sual 25

Cavab2: Müctəhidi və ələmi bir neçə yolla tanımaq olar:

1) İnsanın özü yəqin etsin. Məsələn, elə bir elmi dərəcədə olsun ki, müctəhidi və ələmi tanıya bilsin.

2) Müctəhidi və ələmi ayırd edə bilən iki nəfər ədalətli və alim kəs bir şəxsin müctəhid və ya ələm olmasını təsdiq etsinlər. Bu şərtlə ki, digər iki nəfər ədalətli alim onların sözü ilə müxalifət etməsinlər. Əqva nəzərə görə ictihad və ələmlik sözünün əksinə zənn olunmadığı halda bir nəfər siqə (etimadlı) və xəbir (bu məsələlərdən agah olan) şəxsin dediyi ilə sübut olunur.

3) Müctəhidi və ələmi tanıya bilən, sözlərindən xatircəmlik hasil olan bir dəstə elm əhlinin, bir kəsin müctəhid və ya ələm olmasını təsdiq etməsilə sübut olunur.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani "Tovzihul-məsail",məs.3

Cavab 3: Müctəhidi və daha elmli müctəhidi üç yolla müəyyənləşdirmək olar:

1) Elm əhli olan insan özü müctəhid və daha elmli müctəhidi tanıya bilər.

2) Elm əhlindən olan iki ədalətli şəxs o barədə mə’lumat verdiyi halda (bir şərtlə ki, başqa iki alim onların dediyinin əksinə şəhadət verməsin).

3) Müctəhid və ya daha elmli müctəhid elm əhli arasında və elmi dairələrdə o qədər məhşur ola bilər ki, insan buna əmin olar.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı", məs.5

Cavab 4: Müctəhid və ələmi üç yolla tanımaq mümkündür:

1. İnsanın özü yəqin etsin; məsələn, insanın özü elm əhli olub müctəhid və ələmi ayırd edə bilsin.

2. Müctəhid və ələmi tanıyan iki adil alimin, bir şəxsin müctəhid və ya ələm olduğunu təsdiq etmələri ilə; yalnız bunlar kimi başqa iki adil alim, bunların sözlərinin əksini söyləməməsi şərti ilə; hətta bir şəxsin müctəhid və ya ələm olmağı, insanın inamı və etimadı olan xibrə (mütəxəssis) bir şəxsin sözü ilə də sübut oluna bilər.

3. İnsan əqlin qəbul etdiyi yolla bir şəxsin müctəhid və ya ələm olmasına xatircəm olsun. Məsələn, müctəhid və ələmi tanımağa qadir olan və sözlərindən xatircəmlik hasil olan bir dəstə elm əhlinin bir şəxsin müctəhid və ya ələm olduğunu təsdiq etmələri ilə.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.3

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!