Təqlid » Ələm müctəhidi tanımaq bizim üçün çətindir. Bilən şəxslərə müraciət etdikdə də cavab verməkdən boyun qaçırırlar. Bu halda biz nə etməliyik?

Cavab: Ələmiyyət mövzusunda mütəxəsis (xibrə) olan şəxslərin bir qismi müəyyən səbəblərə görə ələm müctəhidi açıqlamaya bilər. Amma onların arasında bunu açıqlayanlar da var. Din mövzusunda məlumatı olan, dini hövzələrdə dərs alan, digər ölkələrə səpələnmiş alimlər vasitəsilə nəticəyə çatmaq olar. Ələm müctəhidi tanımağın müəyyən çətinlikləri olsa da, bu çox məşəqqətli bir iş deyil.

Ayətullahul-uzma Seyid Əli Sistani, "Qərbdə yaşayan müsəlmanlar üçün fiqh", sual 27

 

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!