Təqlid » Alimlər (xibrə əhli) ələm müctəhid barəsində ixtilafa düşsələr mükəlləfin hər hansı müctəhidə güvənib təqlid etməsi caizdirmi?

Cavab 1: Mərcəyi-təqlidin ələmliyi ya yəqinliyin hasil olması ilə - hətta bu yəqinlik onun elminin məşhurluğu vasitəsilə hasil ola bilər - və ya da fiqh sahəsində mütəxəssis olan iki ədalətli alimin şəhadət verməsi ilə əldə olunur. Əgər ələmlik baxımından bir neçə nəfər arasında qalsanız və bir nəticəyə yetişə bilməsəniz, ələm olduğunu ehtimal etdiyiniz müctəhidlərdən birini seçə bilərsiniz.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası

Cavab 2: Ələm müctəhidin təyin edilməsi ilə bağlı mütəxəssislər arasında fikir ayrılığı mövcud olarsa, bütün belə hallarda olduğu kimi onların arasından daha yetərli və səlahiyyətli (bu xüsusda daha bilikli və bacarıqlı) olan mütəxəssisin rəyini tərcih etmək lazımdır.

Ayətullahul-uzma Seyid Əli Sistani, "Qərbdə yaşayan müsəlmanlar üçün fiqh",s.31

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!