Banklar » Faizlə işləyən banklardan borc götürməyin hökmü nədir?

Cavab 1: Sələmli olduğu halda təklifi cəhətdən onu (borcu) almaq haram sayılır, istər müsəlmanlardan alınsın, istərsə də qеyri-müsəlmanlardan, istər islam dövlətindən alınsın, istərsə də qеyri-müsəlman dövlətindən. Lakin həmin pulun sahibi sayılır və məsrəf edə bilər. Amma harama mürtəkib olmağın caiz olduğu bir həddə zərurət və çıxılmaz vəziyyətə düşməsi istisna olunur. Lakin o şəxs bankın ondan artıq alacağına tam əmin olduğu halda bеlə, artıq alınacaq hissəni vеrməyəcəyini niyyət еtməklə haramdan qaça bilər.

Ayətullahul-uzma Seyid Əli Xameneyi,"Şəri suallara cavablar",c.2.s.820

 

Cavab 2: İslami banklardan borc (kredit) götürmək və onlara borc vermək (pul qoymaq) fayda və qazanc şərti ilə olarsa, riba (sələm) və haramdır, lakin müəyyən yollarla ribaya düçar olmaqdan qaçmaq olar. Misal üçün, borc alan tərəf müəyyən bir əmtəəni bankdan, yaxud onun vəkilindən bazarda mövcud olan qiymətdən müəyyən nisbətlə, misal üçün, on, yaxud iyirmi faizlə artıq qiymətə alsın və şərt etsin ki, bank onun istədiyi məbləği müəyyən müddətə qədər ona borc versin; yaxud şəxs müəyyən bir əmtəəni banka, yaxud onun vəkilinə müəyyən nisbətlə bazardakı qiymətdən ucuz qiymətə satsın və şərt etsin ki, bank onun istədiyi məbləği müəyyən müddətə qədər ona borc versin.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.2489

 

Cavab 3: İslam bankından borc almaq:

Bank dövlət bankıdırsa və pulu səhih əqd (məsələn, müzaribə və ya kredit satış) əsasında alsanız, onun tələblərinə (şərtlərinə) iltizamlı olmalısınız (sadiq qalmalısınız). Əgər səhih əqd əsasında olmasa, pulu məchulul-malik (sahibi məlum olmayan) niyyətinə alıb, sonra Həzrət Ayətullahın icazəsi ilə borc kimi özünüzə götürə bilər və onu borc  (kredit)  qanunlarına uyğun olaraq sizə verilən istiqamətdə (nə üçün verilmişdirsə, o yolda) xərcləyə bilərsiniz.

 

Bank xüsusi bankdırsa və pulu səhih əqd (məsələn, müzaribə və ya kredit satış) əsasında alsanız, onun tələblərinə iltizamlı olmalısınız. Səhih əqd şəklində olmasa, borc almaq icazəli deyil.

 

Bank İslam bankı deyilsə:

Haramdır. Bu işdən qurtarmaq üçün malı borc niyyəti olmadan bankdan alıb şəriət hakiminə müraciət etməyə heç bir ehtiyac olmadan istifadə etmək olar. Hərçənd onların həm malın əslini, həm də qazancını ondan tələb edəcəklərini bilsə belə.

Ayətullahul-uzma Seyid Əli Sistaninin dəftərxanası

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!