11 Dekabr, 2011
Döymə vurdurmağın hökmü nədir?

Cavab 1: Öz-özlüyündə eybi yoxdur və dərinin altından vurulduğuna görə, qüsul-dəstəmaza maneə də yaratmır.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası

Cavab 2: Əgər döymə (tatuaj) suyun dəriyə çatmasına mane olursa, icazəli deyil, həm dəstəmaz, həm də qüsul batil olar. Qeyd olunan vəziyyətdə çətin olsa belə, döymə mümkün olan hər vasitə ilə silinməlidir. İxtiyari halda, bu, zinət sayılır və naməhrəmdən örtülməlidir.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasaninin dəftərxanası

Cavab 3: Bədənə xüsusi bir zərər yetirməsə və əxlaqsız şəkillər olmasa caizdir. Hər bir halda dəstəmaz və qüsl üçün müşkül (problem) yaratmır.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin dəftərxanası

Cavab 4: Döymə (tatuaj) etdirməyin eybi yoxdur. Dərinin altına vurulduğundan dəstəmaz və qüslə maneə törətmir. Qadınlar döyməni, ürfdə zinət sayıldığı halda, naməhrəmdən örtməlidirlər.

Ayətullahul-uzma Seyid Əli Sistaninin dəftərxanası

Bütün hüquqlar qorunur  ©  Dini suallara cavablar

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!