Namaz vaxtları » İnsan namaz vaxtının daxil olmasına əmin olmadan namaz qıla bilərmi?

Cavab 1: İnsan o zaman namaz qıla bilər ki, namaz vaxtının daxil olduğuna yəqin etsin, əmin olsun, ya iki adil şəxs, yaxud dediyinin əksinə güman olunmayan etimadlı şəxs vaxtın daxil olduğunu xəbər versin. Eləcə də vaxtı tanıyan və sözündən xatircəmlik gələn bir şəxs vaxtın daxil olması üçün azan versin.

Əgər şəxs bulud, yaxud toz-duman kimi ümumi üzrə görə, yaxud korluq və zindanda olmaq kimi şəxsi üzrə görə namazın əvvəl vaxtının daxil olmasına əmin ola bilməsə, yaxud başqa bir şəri dəlil də tapmasa, namazı əmin olana, ya şəri dəlil tapana kimi təxirə salmalıdır.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.749

Cavab 2: İnsan namaz vaxtının çatdığına əmin olandan sonra namaza başlaya bilər. Ya da ədalətli bir şəxs namaz vaxtının çatdığını bildirməlidir. Vaxt tanıyan və etibarlı şəxsin azanı da kifayat edər. Əgər başqa yollarla vaxtın çatdığına güclü ehtimal olarsa (istər saatla, istər saatsız) bu bəs edər.

Havanın tutqunluğu, zindanda olmaq və ya korluq səbəbindən vaxtın daxil olduğunu müəyyən etmək mümkün deyilsə, güclü ehtimalla namaza başlamaq olar.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı", məs. 682-683

Cavab 3: İnsan, yalnız vaxtın daxil olduğuna yəqin etdiyi və ya iki nəfər adil kişinin vaxtın daxil olduğunu xəbər verdikləri zaman, namaz qılmağa başlaya bilər. Hətta əmin olduğu təqdirdə, namaz vaxtını şiddətlə və dəqiq şəkildə riayət edən şəxsin azan oxuması və vaxtı bilən bir şəxsin sözü ilə kifayətlənə bilər.

Əgər bir şəxs bir maneə vasitəsilə, məsələn, kor və ya zindanda olduğuna görə namaz vaxtının əvvəlində, vaxtın daxil olub-olmadığını yəqin edə bilməsə, gərək namaz vaxtının daxil olmasına əmin olana, yaxud yəqinlik tapana qədər namazı tə`xirə salsın. Həmçinin ehtiyat-lazıma əsasən, əgər vaxtın daxil olmasına yəqinlik hasil etməyə maneə olan bir şey bulud, toz və bu kimi ümumi maneələrdən olarsa da hökm eynidir.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.729-730

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!