Cavab 1: Cümə günü zöhr namazının Həmd və Surəsini kişilərin uca səslə oxuması müstəhəbdir, baxmayaraq ki, bu namazda Həmd və Surənin ahəstə səslə oxunması ehtiyata müvafiqdir.
Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası
Cavab 2: Səfərdə olmasa ucadan oxumaq müstəhəbdir. Səfərdə olarsa camaatla qılan halda (ucadan oxumaq) müstəhəbdir, fürada halda isə yox.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin dəftərxanası
Cavab 3: Cümə gününün zöhr namazında Həmd və surənin ucadan oxunması müstəhəbdir.
Ayətullahul-uzma Seyid Əli Sistani, "Geniş izahlı şəriət məsələləri",məs.1175