Azan və iqamə » Azan və iqaməni ayaq üstə demək və təharətli olmaq şərtdirmi?

Cavab 1: Azan deyərkən şəxsin üzü qibləyə dayanması müstəhəbdir (bu müstəhəbb azanın şəhadətlərində təkidlidir). Eləcədə dəstəmazlı, ya qüsllü olması müstəhəbdir.

İqamənin ayaq üstə deyilməsi və şəxsin təharətli olması (qüsl, dəstəmaz, ya da təyəmmümlə-vəzifəsinə uyğun olaraq) şərtdir.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.940/947

Cavab  2: İnsanın azan oxuyarkən üzü qibləyə, dəstəmazlı və ya qüsllü olması müstəhəbdir. Lakin  iqamənin ayaq üstə və hədəsdən pak olaraq (dəstəmaz, qüsl və ya təyəmmümlü olaraq) oxunması şərtdir.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri", məs.918/924

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!