Müsafirin namazı » Ova əyləncə məqsədi ilə getmək haramdırmı? Bu səfərdə namaz necə qılınmalıdır?

Cavab: Xoş güzəran keçirib ləhv və əylənmək məqsədi ilə ova gedərsə, baxmayaraq ki, haram deyil amma gedən vaxt namazını tamam qılmalıdır. Qayıtdıqda isə, yolu şikəstə sayılmalı olan miqdarda olsa və gedişi kimi, məqsədi ovçuluq olmazsa, namazını şikəstə qılmalıdır. Amma əgər dolanışığını təmin etmək üçün ova gedərsə, namazını şikəstə qılmalıdır. Həmçinin, malını çoxaltmaq və ticarət üçün ova gedərsə də hökm eynidir. Fəqət bu təqdirdə, namazını həm şikəstə, həm də tamam qılması ehtiyat müstəhəbdir.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri", məs. 1288

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!