26 Yanvar, 2012
Namazlarda hansı surələri oxumaq bəyənilir?

Cavab: Bütün namazların birinci rəkətində «Qədr» və ikinci rəkətində «İxlas» surəsini oxumaq müstəhəbdir. Cümə namazında və cümə günü sübh, zöhr və əsr namazında və cümə axşamı günü işa namazında birinci rəkətdə Həmddən sonra «Cümə» surəsini, ikinci rəkətdə də, Həmddən sonra «Munafiqun» surəsini oxumaq müstəhəbdir. Əgər cümə gününün namazlarında bunlardan birini oxumağa başlayarsa, vacib-ehtiyata əsasən onu tərk edib başqa surə oxuya bilməz.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri"

Bütün hüquqlar qorunur  ©  Dini suallara cavablar

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!