27 Yanvar, 2012
Namazın vacibatları və rüknləri nələrdir?

Cavab:

Namazın vacib hissələri on birdir:

1. Niyyət;

2. Qiyam, yə’ni ayaq üstə durmaq;

3. Təkbirətul-ehram, yə’ni namazın əvvəlində «Allahu Əkbər» demək;

4. Rüku;

5. Səcdələr;

6. Qiraət;

7. Zikr;

8. Təşəhhüd;

9. Salam;

10. Tərtib;

11. Muvalat, yə’ni namazın hissələrinin ardıcıl, fasiləsiz olmasını qorumaq.

 

Namazın vacib hissələrinin bə’zisi rükndür, yə’ni istər qəsdən, istər də səhvən onun yerinə yetirilməməsi namazı batil edər. Namazın vacibatının bə’zisi isə rükn deyildir, yə’ni səhvən yerinə yetirilməzsə namazı batil etməz.

Namazın beş rüknü vardır:

1. Niyyət;

2. Təkbirətul-ehram;

3. Rükuya bitişik qiyam, yə’ni rükudan əvvəl ayaq üstə durmaq;

4. Rüku;

5. Bir rükətdə iki səcdə.

Rüknün artırılmasına gəldikdə isə, qəsdən artırılarsa namaz mütləq şəkildə batil olar. Cahil qasirin təkbirətul-ehramı qəsdən artırması ilə namazının batil olması məhəlli-işkaldır. Əgər səhvən olarsa, bu halda artıqlıq rüku və bir rükətin iki səcdəsi olarsa, namaz batildir, əks halda isə batil deyildir.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Fiqh təlimləri",c.1

Ayətullahul-uzma Şeyx Fazil Lənkərani, "Tovzihul-məsail",məs.964

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.862

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.928

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.951

Bütün hüquqlar qorunur  ©  Dini suallara cavablar

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!