Namazı batil edən işlər » Namazda ağlamaq namazı batil edərmi?

Cavab: Vacib ehtiyata əsasən namazı pozan şeylərdən biri də, dünya işləri üçün qəsdən ucadan və ya səssiz olaraq ağlamaqdır; amma əgər Allah qorxusundan ona şövq bəsləməkdən və ya axirət üçün ucadan və ya səssiz olaraq ağlasa, maneçiliyi yoxdur, üstəlik əməllərin də ən yaxşılarından sayılır. Hətta əgər Allahdan özünün dünyəvi hacətlərini istəmək üçün onun dərgahında zəlillik göstərib ağlasa, işkalı yoxdur.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri", məs.1138

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!