Cavab: Namazı batil edən şəklər aşağıdakılardan ibarətdir:
1. İki rük`ətli vacib namazların rük`ətlərinin sayında şəkk etmək. Məsələn, sübh və müsafirin namazı. Amma müstəhəbb namazların rük`ətlərinin sayında və ehtiyat namazının rük`ətlərində şəkk etmək namazı batil etməz.
2. Üç rük`ətli namazın rük`ətlərinin sayında şəkk etmək.
3. Dörd rük`ətli namazda bir rük`ət və ya çox qıldığına şəkk etmək;
4. Dörd rük`ətli namazda ikinci səcdəyə daxil olmazdan qabaq iki rük`ət, ya çox qıldığına şəkk etmək;
5. İki-beş, ya iki və beşdən çox arasında şəkk etmək.
6. Üç-altı, ya üç və altıdan çox arasında şəkk etmək.
7. Dörd-altı, ya dörd və altıdan çox arasında şəkk etmək.
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.1152