Namaz qılanın paltarı » Hansı hallarda namaz qılanın bədən və ya paltarı nəcis olarsa, namazı səhihdir?

Cavab: 3 halda namaz qılanın bədən və ya paltarı nəcis olarsa, namazı səhihdir:

1. Bədənində olan yara, cərahət və ya çiban vasitəsilə paltarına və ya bədəninə qan bulaşırsa.

2. Bədən və ya paltarı bir dirhəmdən az qana bulaşmış olsa, vacib ehtiyata görə dirhəm şəhadət barmağının bəndi qədər olur.

3. Nəcis bədən və ya paltarla namaz qılmağa məcburdursa.

Bir halda da əgər namaz qılanın paltarı nəcis olsa, namazı səhihdir. Bu hal namaz qılanın corab və araqçın kimi kiçik paltarının nəcis olduğu haldır.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Fiqh təlimləri"

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.835

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!