Meyit » Vəhşət namazı necə qılınmalıdır? Bu namazı nə vaxt qılaq?

Cavab: Meyyitin qəbrə qoyulduğu birinci gecədə onun üçün iki rükət vəhşət namazı qılmaq müstəhəbbdir.

Onun qaydası budur ki, birinci rükətdə “Həmd” surəsi oxuduqdan sonra bir dəfə “Ayətül-kürsü”, ikinci rükətdə isə “Həmd” surəsindən sonra on dəfə “Qədr” surəsi oxunmalıdır.

Namazın salamından sonra:

اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ ابْعَثْ ثَوابَهَا اِلَى قَبْرِ فُلاَنٍ

«Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin vəb’əs səvabəha ila qəbri fulan» demək lazımdır. «Fulan» kəlməsinin əvəzinə meyyitin adı deyilməlidir.

Vəhşət namazını qəbrin birinci gecəsinin istənilən vaxtında qılmaq olar. Lakin gecənin əvvəlində, işa namazından sonra qılmaq daha yaxşıdır.

Əgər meyyiti uzaq bir şəhərə aparmaq istəsələr, yaxud başqa bir səbəbdən onun dəfni tə’xirə düşsə, vəhşət namazını meyyitin qəbrə qoyulduğu birinci gecəyə qədər tə’xirə salmaq lazımdır.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.644

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!