Camaat namazı » Camaat namazında imam və məmum harada dayanmalıdırlar?

 

Cavab:Məmum bir kişi olarsa, imamın sağında dayanması müstəhəbbdir. Əgər bir qadın da olsa, yenə imamın sağ tərəfində dayanması müstəhəbbdir. Amma ondan geridə dayanmalıdır. Ən azı onun səcdə edəcəyi yer, imamın səcdə halında ikən dizlərinin müqabilinə gələcək qədər, imamdan geridə dayanmalıdır. Amma əgər bir kişi və bir qadın və ya bir kişi və bir neçə qadın olarsa, kişinin imamın sağında və bir qadın, yaxud bir neçə qadının da, imamın arxasında dayanması müstəhəbbdir. Əgər bir neçə kişi və bir və ya neçə qadın olarsa, kişilərin imamın arxasında və qadınların da kişilərin arxasında durmaları müstəhəbbdir.

Əgər imam və mə`mum hər ikisi qadın olsa, vacib ehtiyat odur ki, hamısı bir sırada dayansın və imam o birilərindən qabaqda dayanmasın.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.1461


Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!