Namazla bağlı müxtəlif məsələlər » Hansı hallarda səhv səcdəsi etmək lazımdır?

Cavab: İki halda namazın salamından sonra insan gərək bir cüt səhv səcdəsi sonradan deyiləcək göstərişlə yerinə yetirsin:

1. Təşəhhüdü unutsa.

2. Səhih şəkklərin dördüncü qismində deyildiyi kimi, dörd rük`ətli namazda ikinci səcdəyə getdikdən sonra, dörd ilə beş və ya dörd ilə altı rük`ət qıldığı barədə şəkk edərsə.

Üç halda isə, vacib ehtiyata əsasən səcdeyi səhv lazımdır:

1. Namazdan sonra, namazın səhih olmasına hökm olunmasına baxmayaraq, ümumi halda namazda bir şeyin səhvən əskik və ya artıq yerinə yetirildiyini bilirsə.

2. Namaz əsnasında səhvən danışsa.

3. Namazın salamını verməli olmadığı yerdə məsələn birinci rük`ətdə səhvən salam versə.

Əgər bir səcdəni unudarsa və ayağa qalxması lazım olan yerdə, məsələn; Həmd və surəni oxuması lazım olan yerdə səhvən oturarsa, yaxud oturması lazım olan yerdə, məsələn; təşəhhüd etməsi lazım olan yerdə səhvən ayağa qalxarsa, iki səhv səcdəsi etməsi ehtiyat müstəhəbbdir. Hətta namazda səhvən yerinə yetirdiyi çoxluq və azlıq üçün iki səhv səcdəsi etməsi ehtiyat müstəhəbdir.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.1223

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!