Cavab: Səcdeyi-səhvin qaydası budur ki, namazın salamından sonra dərhal səcdeyi-səhv niyyəti edib alını səcdənin səhih olduğu şeylərin üstünə qoyub desin:
“Bismillahi və billahi və səlləllahu əla Muhəmmədin və Ali-Muhəmməd”, yaxud
“Bismillahi və billahi, Allahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd”. Amma daha yaxşı olar ki,
“Bismillahi və billahi, əssəlamu ələykə əyyuhən-Nəbiyyu və rəhmətullahi və bərəkatuh” desin. (Və bu ehtiyat daha yaxşıdır.) Sonra səcdədən qalxıb otursun, yenidən səcdəyə gedib yuxarıdakı zikrlərdən birini desin. Sonra səcdədən qalxıb otursun, təşəhhüd və salamları desin.