Oruc » Əgər məsələni bilməməzlik üzündən orucu batil edən işlərdən birini görsə, hökmü nədir?
Cavab: Əgər insan qəsdən və ixtiyari olaraq orucu batil edən bir iş görərsə, orucu batildir. Əgər qəsdən olmasa, eybi yoxdur. Amma cünub olan şəxs, əgər 1602-ci məsələdə deyildiyi kimi, yatıb sübh azanına qədər qüsl etməsə, orucu batil olar. Amma əgər insan, orucu batil edən şeylərdən bə`zisinin orucu batil etdiyini bilməzsə, bu bilməməzlikdə səhlənkarlıq etməzsə, və bu barədə bir şübhəsi də olmasa ya da, şəri bir dəlilə istinadı olsa və o işi görərsə, yemək, içmək və cimadan başqa şeylərdə orucu batil olmaz.
Ayətullahul-uzma Seyid Əli Sistani,"İzahlı şəriət məsələləri",məs.1625

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!