Oruc » Hansı günlərdə oruc tutmaq olmaz?
Cavab: Fitr və qurban bayramlarında oruc tutmaq haramdır. Həmçinin, insan şəban ayının axırı, yoxsa Ramazanın əvvəli olduğunu bilmədikdə, əgər Ramazanın əvvəli niyyətilə oruc tutsa, haramdır.
Əgər qadının müstəhəbb oruc tutması ərinin haqqına xələl gətirəcəksə, oruc tutmamalıdır. Müstəhəbb ehtiyata əsasən, əgər ərinin haqqı aradan getməsə də, onun icazəsi olmadan müstəhəbb oruc tutmasın.
Övladın müstəhəbb oruc tutması ata-anasına əziyyətə səbəb olacaqsa, haramdır.
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani,"Tovzihul-məsail",məs.1747

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!