Ayın başlanğıcının təyin olunması » Yeni hicri-qəməri ayın əvvəli hansı yolla sübut olunur?

Cavab 1: Ayın əvvəli 5 yolla sübut olunar:
1. İnsanın özü ayı görərsə.
2. İki adil kişi ayı gördüyünə şəhadət verərsə.
3. Sözlərindən yəqinlik hasil olan bir neçə nəfər ayı gördüyünü deyərsə.
4. Şəban ayının əvvəlindən 30 gün keçmiş olarsa.
5. Şəriət hakimi ayın başlandığını bildirən hökm verərsə

Ayətullahul-uzma Seyid Əli Xamenei, "Şəri suallara cavablar",c.1,s.855
Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.1456
Ayətullahul-uzma Şeyx Safi Qolpayqani, "Tovzihul-məsail"

Cavab 2: Ayın əvvəlinin şəriət hakiminin hökmü ilə sabit olması məhəlli-işkaldır.
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.1379
Ayətullahul-uzma Seyid Şübeyri Zəncani, "Tovzihul-məsail",məs.1740

Cavab 3: Şəriət hakiminin hökm etməsi ilə ayın əvvəli sübut edilməz.
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.1701

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!