Evlilik və boşanma » Əgər ər qadına təlaq verirsə, şahidin olması vacibdirmi? Ümumiyyətlə təlaqda kişinin şəxsən iştirakı vacibdirmi?
Cavab 1: Təlaqın siğəsi gərək düzgün ərəbcə oxunsun və iki adil kişi də onu eşitsin. Həmçinin kişinin şəxsən təlaq siğəsini oxuması vacib deyil, öz əvəzindən başqasını vəkil edib, oxutdura bilər.
Ayətullahul-uzma Seyid Ruhullah Xomeyni (r), "Tovzihul-məsail",məs.2508
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.2572
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.2474

Cavab 2: Vacib ehtiyata əsasən, təlaq siğəsi düzgün ərəb dilində oxunmalıdır və iki adil kişinin onu eşitməsi vacibdir. Həmçinin kişinin şəxsən təlaq siğəsini oxuması vacib deyil, öz əvəzindən başqasını vəkil edib, oxutdura bilər.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinim izahı",məs.2136

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!