Ticarət » Satıcının və alıcının hansı şərtləri var?

Cavab: Satıcı və alıcının bir neçə şərti vardır:

1. Baliğ olsunlar.

2. Aqil olsunlar.

3. Səfeh olmasınlar, yəni mallarını əbəs və lazımsız yerə sərf etməsinlər.

4. Alver etmək qəsdləri olsun. Deməli, əgər zarafatla «malımı satdım» desə, alver gerçəkləşməz. Həqiqətdə almaq və satmaq qəsdi onun səhihlik şərti deyil, müamilənin gerçəkləşmə səbəbidir.

5. Başqası onları nahaq yerə alverə məcbur etməsin. Əgər məcbur edilib sonradan razı olsalar, alver nafizdir (qüvvədədir).

6. Verdikləri mal və onun əvəzinin “maliki” olsunlar, ya malikin qəyyumu və ya vəkili və ya onun tərəfindən icazəli olsunlar.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.2109

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!