Yemək-içmək » Heyvanın hansı hissələrini yemək haramdır?

Cavab: Əti halal olan heyvanların bə`zi üzvləri haramdır və onlar aşağıdakılardan ibarətdir:

1) Qan

2) Fəzlə

3) Erkəklik cinsiyyət üzvü

4) Fərci (dişilik cinsiyyət üzvü)

5) Balalığı

6) Duşul adlanan vəzlər (artıq ətlər)

7) Donbəlan adlanan toxumu (xayalar)

8) Beynində noxud şəklində olan şey

9) Bel sümüyün (fəqərə sütununun) içindəki haram ilik (onurğa beyni)

10) Öd kisəsi

11) Dalaq

12) Sidik kisəsi

13) Gözün bəbəyi.

Vacib ehtiyata əsasən, fəqərə sütununun hər iki tərəfində olan sarı (çeynənilə bilməyən) damarlar və dırnağın arasında olan piyi (buna «zatul-əşace» deyilir) yeməkdən çəkinsin. Bu ehtiyat piy barəsində daha tə`kidlə buyurulmuşdur. Quşlarda isə, qan və fəzlə kimi işkalsız olaraq haram olanlardan başqa, yuxarıda deyilən şeylərin hər hansı onlarda olsa, vacib ehtiyata əsasən, onların yeyilməsindən çəkinməlidir.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.2690

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!