Yemək-içmək » Yemək yeyəndə müstəhəb və məkruh olan əməllər nələrdir?
Cavab: Yemək yeyəndə müstəhəbdir ki:

1-Yeməkdən qabaq əlləri yusun;

2-Yeməkdən sonra əlləri yuyub dəsmalla qurulasın;

3-Ev sahibi hamıdan qabaq (yeməyə) başlayıb hamıdan sonra çəkilsin;

4-Yeməyə başlayanda “bismillah” desin; Amma əgər bir süfrədə bir neçə növ yemək olsa hər birini yeməyə başlayanda “bismillah” demək müstəhəbdir.

5-Sağ əllə yesin;

6-Əgər bir neçə nəfər bir süfrənin başında otursa, hər kəs öz qabağında olan yeməklərdən yesin;

7-Tikələri kiçik götürsün;

8-Yeməyi tə”cili və tələsən halda yeməsin, yeməyi uzatsın;

9-Xörəyi yaxşı-ylxşı çeynəsin;

10-Yeməkdən sonra Allaha həmd etsin;

11-Yeməkdən sonra dişlərini yusun, dişlərinin dibində qalan yemək qalıqlarını çıxartsın, ağzını yusun, misvak vursun;

12-Yeyinti məhsullarını atmasın; Amma səhrada çörək yeyirsə, müstəhəbdir ki, tökülən şeyləri quşlar, heyvanlar üçün qoysun;

13-Gündüz və gecənin əvvəlində yemək yesin, gündüz və gecə arasında yemək yeməsin;

14-Yemək yeyəndən sonra arxası üstə uzanıb sağ ayağını sol ayağının üstünə qoysun;

15-Yeməyin əvvəlində və axırında duz yesin;

16-Meyvələri və göyərtiləri yeməkdən qabaq su ilə yusun;

17-Mümkün qədər qonağı olsun;

18-Yemək yeyəndə oturub yesin.

Yemək vaxtı bir neçə şey məkruhdur.

1-Tox halında yemək;

2-Çox yemək; (Rəvayətdə var ki, Allahın hər şeydən artıq, qarnı dolu olan adamdan acığı gəlir.)

3-Yemək yeyəndə başqalarının üzünə baxmaq;

4-Xörəyi çox isti, yandıra-yandıra yemək;

5-Yediyi, yaxud içdiyi şeyi üfürmək;

6-Süfrəyə çörək qoyulandan sonra başqa şeyləri gözləmək;

7-Çörəyi bıçaqla kəsmək;

8-Çörəyi yemək qabının altına qoymaq, ona hər növ ehtiramsızlıq etmək;

9-Sümüyə yapışan ətləri tər-təmiz təmizləmək;

10-Meyvəni tam yemədən atmaq.
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.2711-2712

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!