Cavab 1: Ümumiyyətlə, mükəlləfin nəzərində qumar alətlərindən sayılan, yaxud (qumar alətlərindən sayılmasa da) şərt еdilən şеylərlə oynamaq hеç bir vəchlə caiz dеyil. Amma qumar alətlərindən hеsab еdilməyən hər bir şеylə, şərt еdilmədən oynamağın еybi yoxdur.
Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Şəri suallara cavablar",c.2,s.34
Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin dəftərxanası
Cavab 2: Şahmat və nərd oynamaq haramdır. Eyni şəkildə digər bəhsli oyunlar da haramdır. Vacib ehtiyata əsasən, xalq arasında qumar aləti kimi tanınan oyunlarda bəhs edilməsə də oynamaq haramdır.
Ayətullahul-uzma Seyid Əli Sistaninin dəftərxanası