15 Fevral, 2012
Canlı varlıqların rəsmini çəkmək və ya heykəlini düzəltmək olarmı? Şəkil və heykəllərin alqı-satıqısı icazəlidirmi?
Cavab 1: Ruhsuz varlıqların hеykəlini düzəltmək, şəklini çəkmək və rəsmini işləməyin işkalı yoxdur, еləcə də ruhu olan varlıqların üzünün rəsmini çəkmək əgər çıxıntılı olmazsa, yaxud kamil olmayan hеykəllərin düzəldilməsi olsa, işkalı yoxdur, amma insanın, yaxud hеyvanın hеykəlini kamil surətdə düzəltməyin işkalı vardır. Lakin rəssamlıq və hеykəltəraşlıq işlərini alvеr еtmək və saxlamaq caizdir, onların sərgilərdə göstərilməsi də işkalsızdır.
Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Şəri suallara cavablar",c.2,s.134

Cavab 2: Canlıların heykəlini düzəltmək haramdır. Həmçinin, onların şəklini çəkmək ehtiyata əsasən, eyni hökmü daşıyır və onların alveri və saxlanması caizdir, baxmayaraq ki, tərk edilməsi ehtiyat-müstəhəbdir.
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail", məs.2097

Cavab 3: Heykəl düzəltmək və (onun) alqı-satqısı vacib ehtiyata əsasən, caiz deyil. Lakin oyuncaq şəklində olsa, eybi yoxdur. Həmçinin rəssamlıq da icazəlidir.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı", məs.1763/
İstiftaat

Cavab 4: Canlıların heykəlini düzəltmək ehtiyata əsasən, haramdır, amma onları alıb-satmağın maneəsi yoxdur. Canlıların şəklini çəkmək caizdir.
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.2025

Bütün hüquqlar qorunur  ©  Dini suallara cavablar

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!