18 Fevral, 2012
Siqaret çəkmək günahdırmı?
Cavab 1: Hökm, siqarеt çəkilməsinin səbəb olduğu zərərin dərəcələri baxımından fərqlidir. Ümumiyyətlə, bədən üçün nəzərə çarpacaq dərəcədə zərər dəyməsinə səbəb olan miqdarda siqaret çəkmək caiz dеyil. Əgər bir şəxs siqarеt çəkməyə başladığı təqdirdə bu mərhələyə çatacağını bilsə, caiz dеyil.
Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Əcvibətul-istiftaat",s.1408

Cavab 2: Tütün məmulatlarından istifadə etmək haramdır.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",əlavələr 50

Cavab 3: Əgər siqaret çəkmək insanın özünə yaxud başqalarına nəzərə çarpacaq dərəcədə ziyan vurmasa, eybi yoxdur.
Ayətullahul-uzma Seyid Əli Sistaninin dəftərxanası

Bütün hüquqlar qorunur  ©  Dini suallara cavablar

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!