29 Fevral, 2012
Zöhr namazını qılan vaxt niyyəti məğribin qəzasına çevirə bilərəmmi?
Cavab: Qəza namazının niyyətini “vaxtında”, yəni əda namazına çevirmək, müstəhəb namazının niyyətini vacib namaza çevirmək olmaz. Amma vaxtında qılınan namazın niyyətini qəza namazına çevirmək mümkündür. Əgər qəza namazı həmin günün qəzası olarsa, vacib ehtiyata əsasən, niyyət dəyişilər, qəza namazı başa çatdırıldıqdan sonra vaxtındakı namaz qılınar. Belə bir keçid o zaman mümkündür ki, niyyəti dəyişməyin vaxtı ötüb keçməmiş olsun. Məsələn, namazın niyyətini o zaman sübh namazının qəzasına çevirmək olar ki, dörd rəkətli namazın üçüncü rəkətinə başlanılmayıb.
"Şəriət hökmlərinin izahı",məs.699

Bütün hüquqlar qorunur  ©  Dini suallara cavablar

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!