Ayın başlanğıcının təyin olunması » Şərqdə görünən Ayın qərb üçün kifayət etməsi haqda fətvanı nəzərə alsaq, məsələn, İranda görünən Ay Norveç üçün kifayətdirmi? Yoxsa burada hansısa məhdudiyyət nəzərdə tutulur?
Cavab: 1. Üfüqdə müştərək olmayan məntəqələr üçün bu, kifayət etmir. Yəni birində Ay göründükdə, digərində görünməsi mümkün olmayacaq qədər fərqli üfüqə malik olan şəhərlərə aid olmaz.
Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası
Cavab: 2. Müştərək gecəyə malik olsalar, kifayət edər.
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.1743

Cavab 3: Bir məntəqədə Ay göründükdə, onunla yaxın yaxud müştərək üfüqə malik məntəqələr də aid olur, əks halda sabit olmaz.
Ayətullahul-uzma Seyid Şübeyri Zəncani, "Tovzihul-məsail",məs.1744
Cavab 4: Bəli, şərq ölkələrində görünən Ay, qərbdə yerləşən məntəqələrə də kifayət edər.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin dəftərxanası

Cavab 5: Əgər bir şəhərdə ayın əvvəli sübut edilsə, bu, üfüqü həmin şəhərlə eyni olan digər şəhərlərə də aid olar. Burada üfüqün müttəhid olmasından məqsəd odur ki, əgər birinci şəhərdə ay görünsə, ikinci şəhərdə də bulud kimi maneə olmasa, görünəcəkdir. Bu da o zaman gerçəkləşər ki, ikinci şəhər birinci şəhərin qərbində yerləşərsə, en xəttində ona yaxın olsun. Əgər onun şərqində yerləşərsə, en xəttinin yaxın olmasından ələvə üfüq xəttindən çox fərqi olmasın.
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.1705


Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!