Qəza namazı » Keçmiş qəzaları qılarkən "vacib" niyyəti ilə qılınmalıdır, yoxsa "qürbətən iləllah" desə kifayətdir?
Cavab: İnsan, namazı qürbət qəsdilə, yəni Allahın dərgahında bəndəçilik və Onun əmrini yerinə yetirmək qəsdilə qılmalıdır. Amma niyyəti qəlbindən keçirməsi və ya dili ilə «dörd rükət zöhr namazı qılıram qürbətən iləllah» sözünü deməsi lazım (vacib) deyildir.
Fərz olunan halda da hansı namazın qəzasını qıldığınızı müəyyən etsəniz kifayətdir. Lakin bilin ki, keçmişdə qılmadığını gündəlik 5 namazı qəza etmək sizə vacibdir.
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.930-a istinadən

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!