Təharət » Başıma müalicəvi dərman sürtmüşəm. Dəstəmaz zamanı əlimi başıma çəkdikdə su muzaf suya çevrilir. Vəzifəm nədir?
Cavab: Əgər yumaq mümkündürsə, dəstəmazdan əvvəl dərmanı yuyub, adi qaydada dəstəmaz alınmalıdır. Lakin yumaq mümkün deyilsə, cəbirə dəstəmazı almalıdır: Üz və əllər yuyulmalı, daha sonra başa təmiz parça qoyub ona məsh etməli, daha sonra isə ayaqlarına adi qaydada məsh etməlidir. Vacib ehtiyata əsasən, cəbirə dəstəmazından sonra təyəmmüm də etməlidir.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin ofisi

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!