Cavab: Gecə namazı ümumilikdə 11 rükətdir. Onun 8 rükəti gecənin nafiləsi niyyəti ilə 4 ədəd iki rükətlik namaz şəklində qılınır. Bunların qılınma qaydası sübh namazına oxşayır. Birinci rükətdə "Fatihə" və "İxlas", ikinci rükətdə "Fatihə" və "Kafirun" surələrini oxumaq müstəhəbdir. Qünutda insana zülm verən zalımı cəzalandırması barədə Allaha dua etmək olar. Hər iki rükətdən-bir təşəhhüd və salam deyilir. Cüt rükətlərin arasında Həzrət Fatimənin zikrini söyləməyin savabı var.
8 rükəti bitirdikdən sonra 2 rükət "şəf" namazı qılınır. Onun birinci rükətində "Fatihə"dən sonra "Nas", ikinci rükətində isə "Fatihə"dən sonra "Fələq" surələri oxunur, amma qünut tutulmur.
Axırda bir rükət "vitr" namazı qılınır. "Fatihə"dən sonra 3 dəfə "İxlas", bir dəfə "Fələq" və bir dəfə "Nas" surələri oxunur. Sonra qünut tutulur. Qünutda 40 nəfər möminin bağışlanması üçün dua edilir, 70 dəfə istiğfar olunur ("Əstəğfirullahə rabbi və ətubu ileyh"), 7 dəfə "haza məqamül-aizü bikə minən-nar" deyilir, 300 dəfə "əl-əfv" söylənilir. Qünutdan sonra rüku, səcdələr, təşəhhüd və salam yerinə yetirilir.
Vitr namazını bitirəndən sonra oxunması müstəhəb olan dualar var ki, müvafiq kitablardan onları öyrənmək olar.
Gecə namazının vaxtı gecə yarıdan sübh azanına qədərdir. Gecənin son 1/3-də qılınması daha yaxşıdır.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Fiqh təlimləri"