Əziz müsəlman bacı və qardaşlar! Saytımıza sual göndərərkən aşağıdakı şərtlərə malik olmasına diqqət yetirin:
- İlk öncə sual göndərməmişdən əvvəl saytdakı sual-cavablar arasında axtarış edin. Ola bilsin ki, sizin sualınıza cavab elə saytın özündə mövcuddur. Bu bizim də işimizi asanlaşdırar ki, təkrar olaraq eyni suallara cavab verməklə vaxt itkisi baş verməsin.
- Sual yalnız şəri olmalıdır. Tarix, kəlam, fəlsəfə və s. mövzulara dair suallara cavab verilmir.
- Sual konkret və dəqiq olmalıdır. Fikir aydın ifadə olunmalıdır.
- Sualda heç bir firma, təşkilat, şəxs və qurumların adı qeyd olunmamalıdır.
- Sual siyasi xarakter daşımamalıdır; Biz sayt olaraq dövlətarası münasibətlərə və yaxud hansısa dövlətin siyasətinə münasibət bildirmirik. Sayt sırf şəri suallara cavab verir.
- Sual göndərərkən e-mail adresinizi düzgün qeyd edin, cavabın çatmaması buna görə ola bilər.
- Sualınızla bağlı təqlid etdiyiniz müctəhidin ofisinə sorğu göndərilə bilər. Buna görə də cavab gecikə bilər.
- Hər məktubunuzda 3-dən artıq sual olmasın.
- Sualınıza yalnız seçdiyiniz müctəhidin fətvası qeyd olunacaq. Yalnız öz mərceyi-təqlidinizin fətvasını tələb edin. Sualların çoxluğundan bir neçə mərceyi-təqlidin fətvasını əldə etmək bizim üçün çətinlik törədir.