Murdar və paklayıcılar » Şərabla murdarlanmış qabı neçə dəfə yumaq lazımdır ki, şəri olaraq pak sayılsın?

Cavab 1: Az su ilə yuyulsa, 3 dəfə yuyulsa, pak olar. 7 dəfə yuyulması daha yaxşıdır. Kürr yaxud axar suda yuyulan nəcis qabın 1 dəfə yuyulma ilə pak olması, üstün nəzər olsa da 3 dəfə yuyulması ehtiyata uyğundur.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.174

Cavab 2: Şərabla nəcis olmuş qab gərək 3 dəfə yuyulsun. Bu hökmdə az su, kürr və axar su arasında fərq yoxdur. Müstəhəbb ehtiyat budur ki, 7 dəfə yuyulsun.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.154

Ayətullahul-uzma Seyid Şübeyri Zəncani, "Tovzihul-məsail",məs.158

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.147

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!