Cavab 1: Az su ilə yuyulsa, 3 dəfə yuyulsa, pak olar. 7 dəfə yuyulması daha yaxşıdır. Kürr yaxud axar suda yuyulan nəcis qabın 1 dəfə yuyulma ilə pak olması, üstün nəzər olsa da 3 dəfə yuyulması ehtiyata uyğundur.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.174
Cavab 2: Şərabla nəcis olmuş qab gərək 3 dəfə yuyulsun. Bu hökmdə az su, kürr və axar su arasında fərq yoxdur. Müstəhəbb ehtiyat budur ki, 7 dəfə yuyulsun.
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.154
Ayətullahul-uzma Seyid Şübeyri Zəncani, "Tovzihul-məsail",məs.158
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.147